1 Mayıs 2014 Perşembe

Stressli hamilə qadınlar qız uşağı dünyaya gətirir


 
 

Stress, hamiləlik müddətinə mənfi təsir göstərən amillərdən biridir. Gələcəkdə dünyaya gələn uşağın fiziki və ruhi sağlamlığına da təsir göstərir.
 

Məlumata görə Danimarkada edilən bir tədqiqat sübut edib ki, hamiləlik müddətində çoxlu stress yaşayanlarda daha çox qız uşağı doğulur. 
Hamiləlik keçirən 6 min qadından əldə edilən məlumatlara əsasən, hamiləliyin əvvəlindən etibarən müxtəlif səbəblərdən depressiya çəkənlərdə qız uşağına sahib olmaq ehtimalı 5% daha çox olur. Bundan əlavə mütəxəssislər də qeyd ediblər ki, hamiləlikdə yaşanan stress uşaqda yüksək təzyiq, piylənmə, şəkərli diabet və ya zəka geriliyi kimi problemlərə yol açır.
Stress həmçinin bir çox fiziki problemlərə də səbəb olur. Bu baxımdan hər bir ana namizədi aşağıdakı məsləhətlərə əməl etməlidir:
 
- Narahatlıq keçirən hər emosiya və düşüncələri həkimlə paylaşmalıdır
 
- Ana olan hər qadın, ilk növbədə özünə güvənməlidir

- Mənəvi dəstəyin təmin edilməsi üçün boş vaxtlarda rəfiqələri və ya yaxınları ilə mənalı vaxt keçirməlidir

- Sağlam qidalanaraq, yetərli qədər dincəlməli və istirahət etməlidir
 
- Narahatçılıq yaradan hadisələrdən uzaq durmalıdır

- Əzələləri istirahət etdirmək və nəfəs almaq məşqlərinə vaxt ayırmalıdır (yoqa və s.)
 
- Həkimin məsləhət gördüyü məşqləri nizamlı etməlidir.
 
 
Stressdən uzaq olun, ancaq nəzərdən qaçırmayın ki, həyatda baş verən hər hadisə Allahın iqtidarındadır, uşağın oğlan ya qız olması da həmçinin...

Hiç yorum yok:

Yorum Gönder