1 Mayıs 2014 Perşembe

Hamilə olmağın sağlamlığa faydaları


 
Hamiləlik, gözəl bir hiss olsa da səhər ürək bulanmaları, mədə turşuması, qıcqırma kimi bir çox problemlə birlikdə gəlir. Ana namizədləri üçün bədbəxtlik verici tərəfləri olduğu şübhəsizdir. Amma inanın, körpənin inkişafı üçün ifraz olan hormonlar, özünüzü bir çox mövzuda daha yaxşı hiss etmənizədə təsirli olur.

Daha zövqlü seks
Hamiləykən seks olmaz diyə düşünməyin. Olar, həm də daha çox zövq alarsınız. Çünki hamiləliyin ikinci üçüncü aylıq dövründə pelvik bölgəsinə qan axışı artar. Bu da seks boyunca daha çox həssaslıq və daha böyük orgazm mənasını verər. Mütəxəssislər, bir çox qadının həyatları boyunca ilk dəfə hamiləlikdə orgazm və zəncirləmə orgazm duyğusunu yaşadığını söyləyirlər.

Hamiləlikdə yalnız seks həyatı daha zövqlü olmaqla qalmır, özünüzü daha seksual da hiss edirsiniz. Çünki hamiləlik hormonlarının yanında androgenler (qız və kişi fetusların ikisi tərəfindən də çıxarılan kişilik hormonları) libidoyu artırır. Hamiləlik dövründə seks edərək körpəyə zərər verəcəyinizi düşünməyin. Yalnız böyük bir qarınla, xüsusilə hansı mövqelərdə seks etməyiniz lazım olduğunu bilməlisiniz.

Adət sancılarına vida

Doğumdan dərhal sonra adət dövrü yenidən başlayar. Amma həyatınıza bir yenilik də gətirər: Daha az adət sancısı ehtimalı. Bəzi qadınlar hamiləlik və doğum sonrasında adət sancılarının tamamilə kəsildiyini söyləyir. Bu ağrı azalması ya da kəsilməsi vəziyyəti yaxşı bir inkişaf olaraq bilinərkən, belə bir şeyin niyə reallaşdığı tam olaraq bilinmir. Bir nəzəriyyəyə görə doğum, rəhmdəki prostaglandin qəbuledicisinin təsirini ortadan qaldırır. Prostaglandin hormonlarının, doğum əsnasında rəhmi istiqamətləndirmək kimi müxtəlif vəzifələri var.

Xərçəng riskinin azalması

Aparılan işlər, hamiləliyin məmə və yumurtalıq xərçənginə qarşı qoruyucu təsir göstərdiyini ortaya qoyur. Araşdırmalar, üç aydan daha uzun bir müddət əmizdirmənin məmə xərçəngi riskini azaltdığını göstərir. Bir fərziyyəyə görə, hamiləlik boyunca yumurtlama dayandığından; bütün həyat daxilində daha az yumurtlama, daha az məmə və yumurtalıq xərçəngi inkişaf ehtimalı mənasını verir. Bir başqa nəzəriyyəyə görə isə məmə toxuması, hamiləlik və əmizdirmə dövründə məmə xərçənginə daha az uyğun olur; çünki toxuma, hormonal
olaraq süd istehsalına hazırlıq üçün xəbərdar edilir.

Sağlam vərdişlər əldə edirsiz
Hamiləlik, pis vərdişləri sağlam vərdişlərlə dəyişdirmək üçün bir fürsətdir. Məsələn, siqareti buraxma mövzusunda… Ayrıca təmiz hava, məşq etmə mövzusunda da yaxşı bir motivasiya vasitəsidir. Bəzi araşdırmalar, tip 1 və tip 2 diyabeti olan qadınların bu xəstəliklə necə mübarizə etmələri lazım olduğunu hamiləliklə birlikdə öyrəndiklərini ortaya qoyur. "Körpəm üçün sağlam olmalıyam" düşüncəsi, qadınların hamiləlik və hamiləlik sonrasındakı həyatlarının daha sağlam yaşamalarına vəsilə olur.

Daha güclü dad və qoxu bilmə

Hamiləliyin, dad bilmə duyğusunu artırdığı görülür, çünki böyük ehtimalla bu dövrdə qoxu duyğusu da inkişaf edir. Bəli, eyni həssas qoxu duyğusu səhər bulanmalarına da gətirib çıxarır, amma bunun daha ləzzətli yeməklər seçməyi də asanlaşdırdığı bir həqiqətdir. Bəzi mütəxəssislər, radar kimi burunların yüksək estrogen səviyyəsindən qaynaqlandığını söyləyərkən; bəziləri, güclü qoxu duyğusunun, qadınların, həm ana həm də körpənin sağlamlığına zərər verən siqaret ya da xarab yemək kimi potensial təhlükələrdən uzaq qalmasına kömək etdiyini düşünür.

Stressli hamilə qadınlar qız uşağı dünyaya gətirir


 
 

Stress, hamiləlik müddətinə mənfi təsir göstərən amillərdən biridir. Gələcəkdə dünyaya gələn uşağın fiziki və ruhi sağlamlığına da təsir göstərir.
 

Məlumata görə Danimarkada edilən bir tədqiqat sübut edib ki, hamiləlik müddətində çoxlu stress yaşayanlarda daha çox qız uşağı doğulur. 
Hamiləlik keçirən 6 min qadından əldə edilən məlumatlara əsasən, hamiləliyin əvvəlindən etibarən müxtəlif səbəblərdən depressiya çəkənlərdə qız uşağına sahib olmaq ehtimalı 5% daha çox olur. Bundan əlavə mütəxəssislər də qeyd ediblər ki, hamiləlikdə yaşanan stress uşaqda yüksək təzyiq, piylənmə, şəkərli diabet və ya zəka geriliyi kimi problemlərə yol açır.
Stress həmçinin bir çox fiziki problemlərə də səbəb olur. Bu baxımdan hər bir ana namizədi aşağıdakı məsləhətlərə əməl etməlidir:
 
- Narahatlıq keçirən hər emosiya və düşüncələri həkimlə paylaşmalıdır
 
- Ana olan hər qadın, ilk növbədə özünə güvənməlidir

- Mənəvi dəstəyin təmin edilməsi üçün boş vaxtlarda rəfiqələri və ya yaxınları ilə mənalı vaxt keçirməlidir

- Sağlam qidalanaraq, yetərli qədər dincəlməli və istirahət etməlidir
 
- Narahatçılıq yaradan hadisələrdən uzaq durmalıdır

- Əzələləri istirahət etdirmək və nəfəs almaq məşqlərinə vaxt ayırmalıdır (yoqa və s.)
 
- Həkimin məsləhət gördüyü məşqləri nizamlı etməlidir.
 
 
Stressdən uzaq olun, ancaq nəzərdən qaçırmayın ki, həyatda baş verən hər hadisə Allahın iqtidarındadır, uşağın oğlan ya qız olması da həmçinin...

Zahı qadınlara məsləhətlər


 

Doğuşlar, bir qayda olaraq, mamaçası olan stasionarda (doğum evində, xəstəxananın doğum şöbəsində, kolxoz doğum evində) keçir. Doğumlar mamaça gələnə qədər başlayırsa, təxirəsalınmaz ilk yardım, aseptika və antiseptika qaydalarına ciddi surətdə əməl edilməklə, tibb bacısı tərəfindən göstərilmişdir.
Birinci dövr (açılma dövrü). Tibb bacısı zahı qadın üzərində müşahidə aparmalı: onun temperaturunu, nəbzini ölçməli, sidik kisəsinin vaxtlı-vaxtında boşaldılmasına fikir verməlidir. Siyimə və defekasiyadan sonra cinsiyyət üzvü qaynanmış su ilə yuyulmalıdır.
İkinci dövr (kənaretmə dövrü). Zahı qadının gücənmələri başlanır və aralıq sahəsi köpməyə başlayır. Bu vaxt zahı qadın bədəninin yuxarı yarım hissəsi bir qədər qalxmış halda arxası üstə uzanmalıdır. O qıçlarını diz və bud-çanaq oynaqlarında bükməli, pəncə və dabanları ilə çarpayıya söykənməli və əlləri ilə çarpayının kənarından yapışmalıdır. Çənəaltını döşə sıxaraq defekasiya zamanı olduğu kimi gücənməlidir. Sancı tutmaları olmadıqda da uşağın başı cinsiyyət yarığında görünürsə, deməli doğum başlayır. Bu zaman aralığın cırılmaması üçün başın çox tez çıxmasına yol verilməməlidir. Tibb bacısı uşağın ənsəsini cinsiyyət üzvü yarığından çıxdığını yanlardan isə - əmcək qabaqcıqlarını ovcunda hiss edən kimi körpənin başını çıxarmağa başlayır.
Üçüncü dövrdə (doğumdan sonra) tibb bacısı həmişə köməyə hazır vəziyyətdə zahı qadının yanında olmalıdır. Bu zaman o zahı qadının vəziyyətinə fikir verərək (onun nəbzini yoxlamaqla) tutmaların baş verməsinə, uşaqlığın formasının dəyişilməsinə, onun dibinin hündürlük vəziyyətinə (hansı hündürlükdə olmasına) fikir verməlidir.
Uşaqlığa əl vurmaq olmaz, çünki uşaqlığın hər cür mexaniki qıcıqlanması doğumdan sonrakı dövrün normal cərəyanını pozur. Uşaq doğulduqdan sonra uşaqlığın həcmi xeyli azalır və onun dibi göbəyin səviyyəsinə qədər aşağı düşür. 10-15 dəqiqədən sonra qarnın aşağısında ağrılar baş verir - uşaqlıq təqəllüs edir və bunun nəticəsində cift aralanır. Cift ayrıldıqdan sonra mamaça və ya həkim ciftin bütövlüyünü yəqin etmək üçün onu nəzərdən keçirirlər.

Hamiləlik müddətində lazer epilyasiyası zərərlidirmi?



Arzu olunmaz tüklərdən xilas olmanın ən təsirli üsullarından biri olan lazer epilyasiyası, hazırda qadınlar tərəfindən bədənin müxtəlif nahiyələrindəki arzuolunmaz tüklərin təmizlənməsi üçün ən yaxşı və ən təsirli, eyni zamanda təsiri uzun müddət davam edən üsullardan biridir. Hər zaman lazer epilyasiyasiyasının hamilə qadınların sağlamlığına təsiri varmı? Hamiləlik dövründə bu tip epilyasiya qorxuludurmu? kimi suallar yarnır. Məqaləmizdə qeyd olunan fikirlərlə tanış olaraq bu suallarınıza cavab tapa bilərsiniz.
Hamiləlikdə lazer epilyasiyası etdirmək olarmı?

Lazer epilasyasının hamiləlik dövründə etdirilməsi ilə bağlı mütəxəssislər ana namizədlərinə xəbərdarlıqlarda edirlər. Dermatoloq mütəxəssislər, hamiləlikdə lazer epilyasiya etdirməyin təhlükəli ola biləcəyini bildirir. Xüsusilə hamiləliyin ilk üç ayında anaın bu vəziyyətdə narahatlıq yaşaya biləcəyi etimal edildiyi üçün arzu olunmaz tüklərdən azad olmaz üçün lazer epilyasiyasından istifadə etmək tövsiyyə edilmir. Hamiləlikdən əvvəl başlanmış lazer epilyasiya proseduru varsa, müalicə prosesində bu prosedurlar hamiləlik müddətində təxirə salmaq lazımdır.
Lazer epilyasiya etdirmək üçün ən doğru zaman soyuq mövsümlərdir. Lazer epilyasiya ediləcək nahiyənin lazer epilyasiyasını həyata keçirəcək mütəxəssis tərəfindən ətraflı müayinə olması tövsiyyə edilir. Pulun boşa getməməsi, sağlamlığın zərər verilməməsi üçün lazer epilyasiyasından əvvəl bu tövsiyyəyə əməl edin.
 

Hamilələrin şıltaqlığı nədən yaranır?


 
 

Hamiləlikdə elə şıltaqlıqlar, qəribəliklər olur ki, məsələn, qışın oğlan çağında birdən xanımlar çiyələk istəyir. İndiki vaxtda bu çətin olmasa da bu halda hər kişi həmin arzunu yerinə yetirmək üçün mağaza və bazarlara qaçmalı olur.

 
 

"Dad şıltaqlığı" necə yaranır?

 
Bu məsələyə bir neçə təklif vardır. Sözsüz ki, bir sıra şıltaqlıqların yaranmasına hormonlar səbəb olur. Dünyada tanınmış həkim Mişel Qlismanın demişdir: "Hamiləliyin ilk üç ayında orqanizmdə baş verən bu qeyri-adi, ekssentrik hormonlar dad qəribəlikləri əmələ gətirir". Amma bu qəribəliklərin hamısının hormonların təsirindən yaranmasını fikirləşmək sadəlövhlük olardı.

Bir çox alimlər belə hesab edirlər ki, hamilə qadınların bu kimi qəribəliklərində orqanizmin "müdrikliyi" təzahür edir. Məsələn, qəflətən südə qarşı yaranan tələbat onu bildirir ki, sizdə kalsium çatışmır və orqanizm С vitamini tələb edir. Şokolada qarşı həvəs əsasən hamiləliyin ikinci yarısında başlayır ki, bu da orqanizmin çoxlu miqdarda kaloriyə ehtiyacını bildirir.
Yeri gəlmişkən, südə, meyvəyə, şokolada və turşuya qoyulmuş ərzaqlara həvəs, əsasən "dad şıltaqlığı" olan hamilə qadınlar arasında daha geniş yayılmışdır.
 
- Turş qidaya həvəs, hamiləliyin ikinci və üçüncü aylıqlarında baş verir. Şirin şeylərə həvəs olduğu kimi "turşməzə" yemək həvəsi də qadınlara öz rasionunu formalaşdırmağa kömək edir ki, bu da, daha çox müxtəlif xeyirli maddələrin və kalorilərin alınması deməkdir. Meyvələr özündə həm turş, həm də şirin dadları əks etdirdiyindən hamilə xanımlar arasın da daha çox sevilir.

- Duzlu qidaya daha çox üstünlük vermə, əsasən də marinadlaşdırılmış xiyar və kələmə qarşı olan həvəs və həssaslıq da, tibbi cəhətdən öz izahını tapmışdır. Hamiləlik vaxtı əhəmiyyətli dərəcədə qan artır ki, bu da natriuma tələbata gətirib çıxarır.

- Birinci üçaylıqda əksər vaxtlar, acı tərkibli yeməklərə qarşı nifrət hissi əmələ gəlir. Alimlər hesab edirlər ki, bir sıra meyvələr və zəhərli bitkilər acı dada malik olduğundan bu təkamül müdafiəsidir. Acı dada qarşı belə yüksək həssaslıq rüşeymin əsas inkişaf dövrü olduğundan hamilə qadınları zəhərli və zərərli meyvələrin, alkoqolun, kofenin qəbul edilməsindən qoruyur.

Bir qrup alimlər isə hesab edirlər ki, hamiləlikdə dadın dəyişilməsi heç də müəyyən maddələrin çatışmamazlığından asılı deyil, müstəsna psixoloji xarakter daşıyır.
Bu nəzəriyyənin öz məntiqi mənası var - hamilə qadın bütün qida qrupuna deyil, hansısa spesifik meyvəyə meyl göstərir. Məsələn, onlar yalnız apelsin istəyirsə, deməli onu nə kivi, nə də qreypfrutla əvəzləmək mümkün deyil. Daha doğrusu, dad qəribəliklərində hər iki - fiziolojil və psixoloji faktor günahkardır.

Hamilələr üçün gündəlik diet və doğru həyat qaydaları




 
Ana namizədləri üçün balanslı qidalanma, nizamlı məşq və doğru həyat qaydaları.

Hər ana namizədi, hamiləlik dövründə kilo alar. Bu bəzən 20 kiloya qədər arta bilər. Normal olanı, 12 kilodur. Doğum sonrası balanslı qidalanma, məşq və bəzi qaydalara diqqət etsələr bu kiloları verə bilərlər.
Diqqət etməli qaydalar belədir:

    Otağının havalanmasına diqqət yetirin.
    Dar paltarlar giyməyin.
    Tualet ehtiyacınızı məşq əvvəli qarşılayın.
    Sinələr boşalmış olmalıdır.
    Əmizdirmədən dərhal əvvəl məşq etməyin.
    İlkin zahılıq dövründə yataqda tez-tez üz üstə yatın.

Balanslı qidalanma

    Gündə 8 boşqabı keçməyin. Kalsiumlu qidalar, karbonhidrat, zülal, tərəvəz və meyvə seçim edin.
    Şirin və xəmir işlərindən uzaq durun. Şirin ehtiyacınızı quru və təzə meyvələrlə qarşılayın
    Axşam yeməklərini daha yüngül edin. Əgər səhər və günorta çox yediyinizi düşünürsünüzsə axşam qatıq çörək yeyə bilərsiniz.
 
 
Məşq

    Qarın əzələlərinizin köhnə formasına dönməsi üçün hər gün məşq şərtdir. Erkən zahılıq dövründə bədənin köhnə halına dönməsini təmin edəcək gimnastika işləri, dörd qrupa bölmək olar.
    Əgər normal doğum etdinizsə məşqlərə uşağınızın doğumundan bir sonrakı gündən etibarən başlaya bilərsiniz.
    Doğumunuz qeysəriyyə etmisinizsə həkiminizin tövsiyə etdiyi gündən sonra məşqə başlaya bilərsiniz.
    Nizamlı olaraq gündə bir neçə dəfə düz bir zəmin üzərində məşq etməniz lazımdır

Gündəlik diyet

    Çörək qrupu 6 boşqab
    Zülal qrupu 4-5 boşqab
    Meyvə qrupu 3-4 boşqab
    Süd qrupu 1-2 boşqab
    Tərəvəz sərhədsiz
    Ən az 1.5 litr su
    2 yemək qaşığı zeytun yağı ilə bişirilecek 1 kilo tərəvəz yeməyi

Nümunə nahar – 2 kibrit qutusu yağsız pendir – 1 dilim kəpəkli çörək – 6 qaşıq Cornflakes – 200 cc süd (bir stəkan) – 5 dənə zeytun – 1 dilim kəpəkli çörək 

 

Stressiz bir hamiləlik mümkün ola bilərmi



 
Hamiləlik , şübhəsiz qadın həyatının ən çətin dövrlərindən biridir və qadınlar bu müddətdə böyük stress və böyük xoşbəxtlik hiss edir. Hamiləlik boyunca narahatlıqlarınızı bir kənara buraxın, sakitləşin.

Nizamlı məşq..

Nizamlı məşq etmək, stresslə mübarizədə ən yaxşı köməkçilərdən biridir. Ancaq hamilə olduğunuzu unutmadan, ağır məşqlərdən qaçınmanız lazımdır. Hamiləlik əsnasında ən yaxşı məşqin isə gəzinti olduğu deyilir.

Yaradıcı olun

Yaradıcılıq fəaliyyəti ilə özünüzü məşğul edin. Qabiliyyətinizi kəşf gedəcəyiniz bir kurs, şəkil ya da blog tutma kimi fəaliyyətlər, fikrinizi dağıdacaq və sizə xoşbəxtlik verəcək.

Bol su için 

Hamiləlik boyunca diqqət göstərməniz lazım olanlardan biri də bol su içmək. Bol su içmək, ( gündə ən az 8 stəkan) sağlam bir hamiləlik keçirmənizə və stressə səbəb olan toksinləri bədəndən atmağa köməkçi olar.

Bol geyimlər geyinin

Çox möhkəm geyimlərdən uzaq durun. Bol geyimlər rahat və sərbəst hərəkət etmənizi təmin edəcək.

Özünüzü əzizləmək

Gözəllik, ya da spa salonundan görüş alın. Yeni bir saç ya da gözəl bir masaj zehninizi və bədəninizi istirahət etdirmək üçün mükəmməl bir seçim olacaq.

Bədəninizi hamiləliyə 5 addımda hazırlayın



Hamiləliyinizi əvvəldən planladınızsa çox şanslısınız, çünki hazırlıqsız tutululan hər iş iqtisadi böhran kimi hamilə qalmaqdada sizi sarsıda bilər.
Sağlam bir körpə dünyaya gətirmək üçün ruhən və bədəncə hazır olmanız lazımdır. Sağlam həyatın təməli, doğru bəslənmədir. Elə isə problemsiz bir hamiləlik keçirmənizin və sağlam bir körpə dünyaya gətirmənizin birinci şərti də sağlam bəslənməyinizdir.
İndi isə aşağıdakı addımları izləyərək özünüzü qiymətləndirin. Hər addımda, etdiklərinizi və təkliflərimi müqayisə edin və dəyişməyə hazırlaşın.

1 addım: Neçə kilosunuz?

Hamiləlik dövrünüzün problemsiz keçməsi, sizin ideal kiloda olmanızla doğrudan əlaqəlidir. Bu səbəblə prioritetiniz ideal kilonuza çatmaq olmalıdır. Əks halda hamiləliyiniz müddətində bir çox risk faktoru qapınızı çala bilər. Bunlardan ən əhəmiyyətliləri: düşük riski və şikəst uşaq dünyaya gətirmə ehtimalıdır. Erkən doğum, həddindən artıq kilolu və ya çox zəif analarda daha çox görülər.
İdeal kilonuzu hesablayın
Bədən kütlə indeksi (BKİ) və bel omba nisbətinizi (BKO) təsbit edərək zəifmi, kökmü yoxsa normal kilodamı olduğunuzu öyrənə bilərsiniz.
BKİ=kilo-boy2
Siz də özünüzü qiymətləndirin və hamiləliyə hazırlandığınız bu günlərdə, ideal kilonuza çatmağa cəhd göstərin. Kiloəskiyiniz, ya da çoxunuz, 8 kilodan çoxdursa mütləq bir diet həkimindən kömək almağa başlayın.

2 addım: Necə bəslənməlisiniz?
Doğru bəslənə bilmək üçün ən az 3-4 gündəlik bəslənmə gündəliyi tutun. Bu gündəliyə yediklərinizi detalıyla qeyd edin. Gündə neçə saat yatdığınızı,neçə saat ayaqda iş etdiyinizi, neçə stəkan su, çay, qəhvə kimi içkilər içdiyinizi, neçə saat oturaraq işlə çalışdığınızı və istirahət etdiyinizi də qeyd etməyə laqeyd yanaşmayın. Çünki bunlar sizin davamlı vərdişlərinizdir və bəslənmə nizamınızı, bunlarla nizamlarsınız.
Gündəlik qida xərcləmənizi, şərh etməyi öyrənin. Hansı qidaları həddindən artıq istehlak etdiyinizin, hansı qidalardan kifayət qədər vitamin götürdüyünüzün və ya götürə bilmədiyinizin cavabını verə bilirsinizsə, əskiklərinizi tapmısınız deməkdir. Gündə heç olmasa 1 stəkan süd içməyə indidən başlayın.
Çox çox tez bazar yemək yeməyin.
Atıştırmalarınızı qanuni hala gətirin, yəni ara naharı adı altında sağlam atıştırmalara yönəlin. Məsələn meyvə, buterbrod, ayran, meyvəli qatıq növü qidalar sağlam atıştırmalardır.
Səhər naharlarınıza nəzarət edin. Nizamlı nahar etməyən kəslərin, gecə daha çox yedikləri elmi olaraq sübut edilmişdir. Günə gözəl bir nahar ilə başlarsınızsa gecə yemələriniz gözlə görülər bir şəkildə azalar.

3.Addım: Öz planınızı yaradın.
Bəslənmə şəkilləri adama görə dəyişər, çünki hər fərdin fərqli xüsusiyyətləri qatı qaydalar ilə təyin oluna bilməz. Amma təməl təkliflər üzərindən siz də öz planınızı meydana gətirə bilərsiniz.
Hər naharınızda mütləq təməl 5 qida qrupundan kifayət qədər qida saxlayın. Gündə 5-6 pay, az və sıx bəslənməyə laqeyd yanaşmayın. Məsələn; günorta və ya axşam məqbul yeyilə biləcək bir ana nahar planlayaq.
Qızartma balıq, toyuq, hind toyuğu və ya ət (ət qrupu)
Zeytun yağlı tərəvəz yeməyi (tərəvəz qrupu, yağ qrupu)
1-2 dilim çörək (taxıl qrupu)
Qatıq (süd qrupu)
Gördüyünüz kimi hər qida qrupundan kifayət qədər yeyərək, balanslı bir menyu planlamış olduq.

4 addım: Qeyri-kafi bəslənməyə bağlı sağlamlıq problemi
Qeyri-kafi bəslənmə nəticəsində vitamin və mineral çatışmazlıqları, zəiflik, köklük, yüksək xolesterol, anemıya kimi sağlamlıq problemləri ortaya çıxa bilər. Hamilə qalmadan əvvəl mütləq həkiminizə gedərək sağlamlıq testləri etdirin. Sağlamlıq problemlərinizin olub - olmadığını araşdırın və lazımlı tədbirləri mütləq alın.Əgər qanazlığı probleminiz varsa həkiminizin verəcəyi müalicəyə əlavə olaraq, dəmirdən zəngin olan qırmızıət, toyuğun qahvərəngi əti, balıq, hind toyuğu əti kimi qidalara, hər gün rasionunuzda mütləq yer verin. Bu qidalarla birlikdə istehlak edəcəyiniz, C vitamini ehtiva edən təzə tərəvəz və meyvələr, dəmirin sorulmasını təmin edərək, bu qidaların faydasını artıracaq.

5 addım: Pis vərdişlərinizdən imtina edin
Əgər siqaret, spirt, kafenin istifadə edirsinizsə və çox yeyərək sağlamlıqsız bəslənirsinizsə vərdişlərinizi bir an əvvəl dəyişdirin. Əvvəlcə gün içərisində bol bol su üçün, naharınızı keçirməyin və fast food yeməklərdən uzaq durun.

Hamilə qalma ehtimalını artırmaq yolları



Bir qidalanma mütəxəssisinə görünün

Qidalnmanız həm sağlamlığınız, həm də doğurganlığınız üçün çox əhəmiyyətlidir. Bu səbəblə həyatınız üçün bir qidalanma mütəxəssisi əldə etməlisiniz. Qidalanma mütəxəssisinizin təklif edəcəyi tədqiqlər ilə qidalanmanızın keyfiyyətini artıra bilərsiniz. Vitamin və mineral əskikliyiniz, sizə uyğun bir bəslənmə proqramı hazırlanaraq bağlanıla bilər. Diyetinizə nizam qazandırdıqdan təxminən dörd ay sonra təsirlərini fərq edəcəksiniz.

Qidalanmanızda zərərli yağları uzaqlaşdırın

Bədənimiz bəzi yağ turşularına hiss edər. Məsələn balıqlarda və qozda bol miqdarda olan omeqa 3 yağ turşusu başda sinir hüceyrələri olmaq üzrə bir çox hüceyrənin təməl quruluş daşıdıyar. Buna qarşı marqarinlərdə olan hidrogenli yağlayar və ət - süd məhsullarında olan doymuş yağlardan uzaq dayanmaq lazımdır.

Bədən ağırlığınıza diqqət edin

Qadınların doğurganlığında bədən ağırlığı çox əhəmiyyətlidir. Doğurganlığın azaldığı müəyyən bir bədən ağırlığı yoxdur, hesab edilərkən boy da göz qarşısında tutulmalıdır. Bədən-kütlə indeksinin 20 - 25 arasında olması doğurganlık üçün idealdır. Bədən - kütlə indeks hesablaması bədən ağırlığının boyun kvadrat/kadrına bölünməsi ilə hesablanar. Həm həddindən artıq zəif olmaq həm də kilolu olmaq yumurtlamağı mənfi təsir edər.

Tez-tez tətil edin

Hamiləlik sıxlıqla tətildə meydana gələr. Bunun ilk səbəbi cütlərin tətildə gündəlik stresslərdən uzaqlaşaraq daha çox əlaqəyə girmələridir. Stress həm cinsi performansı salar həm də hormonal tarazlığı mənfi təsir edərək doğurganlığı azaldar. İl içində qısa davamlı da olsa tez-tez tətilə çıxaraq həyatınızdakı stresslərdən uzaqlaşmağa çalışın.

Cinsi əlaqə keyfiyyətini artırın

Çox cinsi əlaqəyə girmək də çox az əlaqə də doğurganlığı azaldacaq. Ən uyğun olan cinsi performans həftədə 2 - 4 arası cinsi əlaqədə olmaqdır. Bu sıxlıqda seks etmək həm sperma sayını və hərəkətliliyini müsbət təsir edəcək həm də yumurtlama zamanına bərabər gələrək hamiləlik meydana gəlməsini təmin edəcək. 

Səbirli olun, tələsik etməyin

Bütün bu qidalanma və həyat tərzinizdəki dəyişiklik tətbiq etdikdən sonra hamilə qalmaq üçün tələsik etməyin. Unutmayın ki, hər qadın ayda yalnız bir gün yumurtlayar və sağlam cütlər üçün aylıq hamilə qalma nisbəti 20 % ətrafındadır. Həyatınızdakı bu dəyişikliklər 3 - 4 ay içində təsirlərini göstərməyə başlayacaq.

Hamiləlikdə doğru bilinən yalanlar



Bir çox ana namizədləri hamilə qalınca özünə bəzi məhdudiyyətlər qoyur. Bu məhdudlaşdırmaların bəzilərinin heç bir elmi dayağı yoxdur. 

Hamilə xanımlar saçlarını boyaya bilməzlər
Körpə gözləyərkən saç boyamanın zərərli olduğuna dair hər hansı bir elmi sübut yoxdur.

Hamilə xanımlar təhlükəsizlik qapılarından keçməməlidir
Təhlükəsizlik qapılarında metal detektorları vardır. Hər hansı bir rentgen söhbət gedə bilməz. Bu səbəblə təhlükəsizlik qapılarından keçmənin qorxusu yoxdur.

Hamiləlikdə səfər etmək təhlükəlidir
Hamilə xanımların son dörd həftəyə qədər avtomobil istifadə etmələrinin heç bir qorxusu yoxdur. Sadəcə olaraq təhlükəsizlik kəmərlərinin mütləq bağlı olması lazımdır.
Hava yolu ilə səyahət etmək istəyən xanımların hamiləliyin 26- həftəsindən sonra belə səyahətin təhlükəli olmadığına dair həkim arayışı alması lazımdır. Təyyarə səfərinin üç saatdan daha qısa olduğu hallarda və hamiləliklə əlaqədar hər hansı bir risk faktoru olmadıqda səfər əsnasında hərəkət, bol maye qəbul edilməsi və baldır məşqləri kifayətdir. Daha uzun səfərlərdə bunlara əlavə olaraq varis corabı geyilməsi lazımdır.
Dəniz yolu ilə səyahət etmək istəyən hamilələrdə xüsusilə ilk üç ay ərzində ürəyi bulanma və qusmalar arta bilər. Digər hallarda dəniz yolu ilə səyahət etmək təhlükəli deyil.

Hamilə xanım həm özü, həm də körpəsi üçün qidalanmalıdır
Hamiləlikdə qidalanma qaydaları hamilə olmayan qadınlardakı sağlam bəslənmə kimidir. Körpənin inkişafı üçün lazım olan üç əsas quruluş daşının balanslı olaraq alınması vacibdir. Bunlar zülal, kalsium və vitamin-mineral qruplarıdır. Vegetarianların hamiləlik zamanı qidalanması da tamamilə normaldır. Qırmızı ət yeyilməsi şərt deyil. Toyuq və balıq, qırmızı ətin yerini əvəz edə bilər. Balıq həftədə iki dəfə yeyilə bilər. Dənizdə uzun müddət yaşayan və ətlərində bəzi ağır metalları yığan böyük balıqlar tez-tez yeyilməməlidir. Körpənin sümük inkişafı üçün Kalsium qaynağı olaraq süd və süd məhsullarının kafi miqdarda qəbul edilməsi lazımdır. Bir çox hamiləliklərdə bu miqdar arta bilər. Hamiləlik əsnasında gündə 1-2 stəkan açıq çay, 1 stəkan qəhvə və 1 stəkan kola içilə bilər. Yığıncaqlarda az miqdarda spirt alınmasının körpəyə hər hansı bir zərəri yoxdur. Bişmiş şirniyyat yeməyin zərəri yoxdur. Çiy və az bişmiş ətdən istifadə edilməməsi məsləhət görülür.

Mobil telefonlar, kompüter və mikrodalğalı sobalardan istifadə etmək zərərlidir
Hamiləlik müddətində cib telefonu ilə danışmaq, kompüter və ya mikrodalğalı soba istifadə etmək təhlükəli deyil. Keçən il iş zamanı cib telefonunu həddindən artıq istifadə edən hamilə qadınların uşaqlarında sonrakı yaşlarda davranış pozğunluqlarına daha çox rast gəlindiyini göstərən bir araşdırma yayımlanmışdır. Bu araşdırmaya əsaslanaraq hamiləlik əsnasında cib telefonlarından həddindən artıq istifadə etməmək və ya qulaqcıqla istifadə etmək doğru bir mövqe olar.

Hamilə xanımlar idman edə bilərlərmi
İdman etməyin hamiləliyə mənfi olaraq təsir etdiyinə dair hər hansı bir sübut yoxdur. Riskli hamiləlik (qanama, erkən doğum, əkiz hamiləlik, yüksək təzyiq, ürək xəstəliyi və s.) olmadığı təqdirdə idmana davam edilə bilər. Yer hərəkətləri, yüngül ağırlıq işləri, üzmə, tennis kimi idman növlərilə məşğul ola bilər, velosipeddən və bu kimi yüngül vasitələtdən istifadə etmək olar.